“Azərbaycan ərazisi ağlınıza gəlməyən torpaqlar hesabına genişlənəcək”

10 Ekim 2014 Cuma

Abidələrimiz

                    Qız qalası

   Azərbaycan dünyanın ən qədim sivilizasiya məskənlərindəndir. Yerləşdiyi coğrafi məkan bu faktın ən vacib sübutudur. Ərazidə olan qədim maddi mədəniyyət nümunələri də  bu sübut üçün əsas olan dəlillərdir. Məsələn Qız qalası. Bu qlala Abşeron yarımadasında, dənizkənarı milli park ( Bulvar) yaxınlığında yerləşir. Öz unikal görkəmi ilə maraq doğuran Qız qalası memarlıq sirləri ilə zəngindir.

   Qız qalası hazırda dünyada analoqu olmayan bir qüllədir. Hündürlüyü 28 metrə çatır. Maraqlıdır görəsən Xəzərin də okean səviyyəsindən 28 m. aşağı olması ilə bunun bir əlaqəsi varmi? Başdan-başa sirlə dolu olan Qız qalası əminəm ki, zəngin informasiya mənbəyidir. Adı Qız qalası olduğu üçün haqqında olan əfasanələr qızla bağlıdır. Amma qalanın "Oğuz" sözünün təhrif olunması ilə yarandığı deyilir. Çünki oğuzların yayıldığı ərazilərdə "Qız qalası" adı ilə qalalar vardır. Qalanın daxili plani da bənzərsizdir. 8 mərtəbəsi var. Lakin qalanın yerin altına doğru da 14 metr hörüldüyü deyilir. Aşağı mərtəbədə divarının qalınlığı çox olduğu üçün içərisi daralmışdır. Yuxarı mərtəbələrə qalxdıqca daxili genişlənir. Qala möhkəm qaya üzərində inşa olunmuşdur. Ortasında qayanın içinə doğru oyulmuş olan quyu var. 

  Abidənin yaşı haqqında isə hələ heç bir qəti qərara gəlinməyib. Bəzi tədqiqatçılar qala ilə bağlı olan məişət əşyalarının yhttp://musabiqe.edu.az/aşından, qala üzərində olan lövhə üzərində yazıdan və s. onu Xll əsrə, bəziləri V- Vl əsrə aid edirlər. Şumer dövrünə aid edənlər də var. Tədqiqatçılar  çətinlik çəkir. Çünki abidənin analoqu olan başqa bir abidə yoxdur. Heç bir tarixi dövrün memarlıq abidələrinə bənzəmir. Qalanın yuxarıdan baxanda 9 rəqəmi formasında olması da maraq doğurur. Bu görünüşü qala haqqında mifik təsəvvürləri də təxəyyülə gətirir.  Qız qalası 1964-cü ildən muzey elan edilmişdir. 2000-ci ildə UNESKO-nun  Ümumdünya irsi siyahısına salınmışdır. Qız qalası nəinki Azərbaycanın, dünyanın incisidir.